Ədəbiyyat İnstitutunun alimləri “Qabdulla Tukay – 135” yubiley medalı ilə təltif olunub

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri Tatarıstanın böyük ziyalısı Qabdulla Tukayın 135 illiyi münasibətilə medalla təltif olunublar.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı “Qabdulla Tukay – 135” yubiley medalına layiq görülüblər.

Medalın təltif komissiyasının sədri Rusiya Federasiyası Tatarısatn Respublikasının baş nazirinin müavini R.K.Axmetşindir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!