Elçinin "Baş" romanı Ukraynada çap olunub - FOTOLAR

 

Azərbaycanın Xalq yazıçısı Elçinin “Baş” romanı Ukrayna dilinə tərcümə olunub.

Tarixi romanın çapı Azərbaycanın Ukraynadakı səfirliyi və bu ölkənin “Vsesvit” jurnalının birgə layihəsidir.

Ukraynanın “Vsesvit” jurnalının mətbəəsində çap olunan kitab artıq satışa çıxarılıb.

“Vsesvit” jurnalının baş redaktoru, Ukrayna Yazıçılar Birliyinin üzvü Dmitriy Drozdovski  açıqlamasında bildirib ki, böyük yazıçı Elçinin məşhur “Baş” romanının Ukrayna dilinə tərcüməsi layihəsində iştirak etmək olduqca şərəflidir. Ölkədə müharibə olmasına baxmayaraq, bu tarixi roman aktual olduğundan, Ukrayna dilinə tərcümə edilərək çap olunub. Kitabın ərsəyə gəlməsində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, şair-tərcüməçi Səlim Babullaoğlu və tərcüməçi Mehman Salmanov yaxından iştirak ediblər.

Qeyd olunub ki, bu roman Ukrayna oxucuları üçün ədəbi hadisədir. Romanın qəhrəmanlarının bir qismi tarixi şəxsiyyətlərdir, ancaq onlarla bağlı hər bir epizodda və ümumiyyətlə, romanın bütün səhifələrində tarixi dəqiqlik axtarmaq lazım deyil. Həmin tarixi şəxsiyyətlər bu romanda artıq “müəllifin qəhrəmanlarıdır”.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!