Qulu Ağsəsin "Əyil qulağına söz deyim, Şuşam!.." şeiri Xəzər Süleymanlının ifasında - VİDEO

 

Xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
nə vaxtdı,
yad səslərdən yağır qulağına…
mən pambıq götürüm,
sənsə çöp götür,
enək İsa bulağına –
təmizləyək nisgilin,
28 bəlaya gəlmiş ilin!
…Bir də xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
da-rıx-mı-şam!..


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!