Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün – 6 noyabrda Ukrayna şairi, ədəbiyyatşünası Dmitro Drozdovski, onun Şuşanı salamlaması, ürək sözləri və Şuşaya yazdığı şeiri və qiraəti ilə davam edir
Dmitro Drozdovski / Ukrayna
Salam, əziz dostlar!
2022-ci il Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Şuşa ili” elan olunub, Şuşa şəhərinin ili. Mən bu şəhəri özüm üçün böyük, müasir Azərbaycan yazıçısı Elçinin “Baş” romanında təsvir olunan Qarabağ dünyasından tanıyıram.
Romanın tərcüməçisi kimi Qarabağ dünyasına baş vurur, real tarixi hadisələrlə yanaşı romanda təsvir olunan əfsunlu realizmə, hadisələrin metafizikasına dalırdım. Romandakı hadisələr yalnız gerçək müstəvidə deyil, həm də görünməz olan metazifiki dünyada baş verirdi ki, bu Qarabağ tarixinin, insanların, Şuşa şəhərinin böyüklüyünü anlamağa bir ayrı cür imkan verirdi. Böyüklüyə gedən bu yol faciələr, qarşıdurmalar, konfliktlər və ağrılardan keçirdi. Şuşa şəhəri özündə mədəniyyəti, hörməti, sevgini və yaddaşı birləşdirən bir şəhərdir. Və mən sanki bir xüsusi ilhamla və təsirlə yazmışam “Şuşa” şeirini. İndi oxuyacağam.
Salam, Şuşa, bu şeir sənin üçündür.
Şuşa
Hava şüşə kimidir, şüşə də atəş kimi bu torpaqda qədimdir.
Burda qandadır atəş, qalalardan ötəri axıbdı, qaynayıbdı.
Ey Şuşa, ey yaddaşın şəhəri, axı sənə, söylə, neyçün qənimdir
bu yadlar, bu düşmənlər ? Ötən dəli küləklər susubdu, dayanınbdı.
Əsrlərdən boylanan Pənahadad, möcüzə, şanlı qala və şəhər.
Əsrlərə ərməğan şeirləri yazıbdı Molla, şöhrətli şair.
Şüşəni yusa belə leysan apara bilməz töksə də axşam, səhər.
Sənin qəlbin məbəddir, dua üçün yaranıb, dualar əbədidir.
Xarrat Qulu, İbrahim, Vaqif yaradıb burda ilham ilə qol-boyun.
Haqverdiyev Məcnuna can veribdi sevərək, ilham alaraq səndən.
Səmavi orkestrdə insan pantomimləri əzəli və əbədi-
Şuşa yenə hamıyla sükut ilə danışır əsrlərin içindən.
Ey ağrılar şəhəri, dərdlər, qanlar görmüsən, axı kim bilir necə...
Atəşlərin içindən odlu qəlbini yenə çıxarırsan qürurla.
Şuşa, söylə, susma sən, de dinibmi ağrılar söz ilə, şeir ilə.
Sən ruhun şahidisən, Göhvər Ağa məscidi nur ələyir sürurla.
Burda yaddaş diridir, əsrləri dindirir, sabah da dindirəcək,
“Ağa Mərsiyab” hələ çox qonaqlar görəcək, o qədim karvansara.
Sözlər deyil ürəklər danışacaq, dinəcək,
Hamını isidəcək- böyüyü və kiçiyi yol alıb sabahlara.
Tərcümə: Səlim Babullaoğlu, Rasim Aslanov
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!