Sanya Lukiç Şuşa üçün şeir söyləyir - VİDEO

 

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Noyabrın 3-də layihə Bosniya-Herseqovina şairəsi Sanya Lukiçin Şuşanı salamlaması, ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edib.

 

Sanya Lukiç / Bosniya-Herseqovina

 

Salam, Azərbaycan.

Mən şairə Sanya Lukiçəm, Bosniya-Herseqovinadan.

Mənim üçün Azərbaycan mədəniyyətinin incisi olan şəhərə, “Şuşa ili”nə həsr olunmuş şeir marafonunda iştirak etmək böyük şərəfdir.

Şuşa, salam!

Sənin üçün “İncinin sirri” şeirini oxuyacağam.

 

İncinin sirri

Sizin duanızda,

mənim beynimdə!

Sizin arzunuzda,

mənim ümidlərimdə!

Mənim qəlbimdə,

sizin dodaqlarınızda!

Mənim sükutumda,

sizin ahınızda!

Sizin gözlərinizdə,

mənim intizarımda!

Sənin qığılcımında,

mənim atəşimdə!

Sənin istində,

mənim külümdə!

Siz toxumsuz, mən torpaq!

Siz susunuz, mən səhra!

Sənin yaralarını sağaldacam.

Siz həyatsınız, mən eşq!

 

Tərcümə: Səlim Babullaoğlu, Rasim Aslanov


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!