"Şuşaya salam!" – 35-ci gün - VİDEO

 

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün – 31 oktyabrda layihə tanınmış Danimarka şairi Nils Hav, onun Şuşanı salamlaması və Şuşaya ithafən qiraəti ilə davam edir.

 

Nils Hav / Danimarka

 

“Şuşa, salam.

Mən Nils Havam. Danimarkadan.

Azərbaycan xalqına salamlarımı yetirirəm.

Şəhərlərin və mədəniyyətlərin tarixinin vəhdəti baxımından “Şuşa ili”nin bir parçası olduğum üçün xoşbəxtəm. “Şuşa ili” münasibətilə çatdırıram. Şuşa, salam...”

 

“Puşkin” kafesi.

 

Aleksandr Puşkinin nəzmlə yazdığı

rus romanlarında

yaşayırıq sanki.

Yol nişanlarını dəyişirik,

Amma ehtiyacımız var.

Şaxtada

çarpayıya paltarlı uzanırıq,

yatırıq.

Yenə Moskva,

yenə də Moskva.

Çətinliklə addımlayırıq.

Hər şey yalandır.

Elə gerçəklikdəki kimi.

Mürgü döyən əsgərlərin

silahını oğurlamağı arzulayırıq,

amma əsgərlər yatmır,

həmişə yanındadırlar

bütün gecəni.

“Puşkin” kafesində

sən gecə uzunu rəqs edirsən

mən qarderobda rus siqareti çəkərkən.

Başqa nə edim?

Adın indi Natalyadır,

dəlilər kimi danışırsan.

Əslində Puşkin də

Natalyanın sevgilisi tərəfindən

öldürülmüşdür.

 

Tərcümə: Səlim Babullaoğlu


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!