Sankt-Peterburqda "Nizami Gəncəvi - 880" kitabı çap olunub

 

Rusiyanın Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvi - 880" ("Низами Гянджеви - 880") adlı kitab nəşr olunmuşdur. Elmi məqalələr toplusunun tərtibatçısı və ön söz müəllifi Sankt-Peterburq Dövlət Universitetinin müəllimi Şahnaz Kamalovadır.

Nəşrin elmi redaktorları AMEA-nın Fizuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov və M.V. Lomonosov adına MDU-nun müəllimi, tarix elmləri namizədi Daria Zhigulskayadır.

Elmi məsləhətçilər Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyev və BDU-nun müəllimi filologiya elmləri doktoru, professor Vaqif Sultanlıdır.

Kitabda Azərbaycan, Rusiya, Türkiyə, Almaniya və Macarıstandan olan on doqquz alimin elmi məqaləsi toplanmışdır. Kitabda Azərbaycandan Şəfəq Əlibəyli, Vəfa Hacıyeva, Nəsib Göyüşov, Vilayət Quliyev, Muxtar İmanov, Teymur Kərimli, Nəzakət Məmmədli, Nizami Muradoğlu, Əzizağa Nəcəfzadə, Qənirə Paşayeva, Şamil Sadıqov, Vaqif Sultanlı və Xəlil Ağaverdinin; Rusiyadan Darya Jiqulskaya, Şahnaz Kamalova, Boris Larionovun; Türkiyədən Ali Temizelin; Almaniyadan Orhan Aras və Macarıstandan Benedek Perinin məqalələri yer almışdır.

Kitab UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə nəşr olunmuşdur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!