AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd Dünya Ahıska Türkləri Birliyi dəvəti ilə Türkiyənin Antalya şəhərində keçirilən “Beynəlxalq Ahıskalı Türk Qadınları Simpoziumu”nda “Ahıskalı türk qadını Şəfiqə Əfəndizadə” mövzusunda məruzə ilə çıxış edib. Professorun elmi məruzəsi konfrans iştirakçıları tərəfindən hərarətlə qarşılanıb.
Bu barədə Edebiyyatqazeti.az-a Ədəbiyyat İnstitutundan bildirilib. Vüqar Əhməd təşkilatın rəhbəri Ziyəddin Həsənov tərəfindən diplom, təşəkkürnamə ilə təltif olunub və ona hədiyyələr təqdim edilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!