Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayının vaxtı dəqiqləşib

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı oktyabrın 26-da öz işinə başlayacaq.

AYB-nin mətbuat xidmətindən bildirilib ki, qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Azərbaycan Yazıçılar Birliyinin dəvəti ilə qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək.

Qurultay iştirakçıları həmin gün Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və Azərbaycan yazıçılarının məzarını, daha sonra Şəhidlər xiyabanı ziyarət ediləcək.

Qurultay nümayəndələrinin siyahısı “Ədəbiyyat qəzeti”nin oktyabrın 22-də dərc olunacaq buraxılışında nəşr ediləcək.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!