"Şuşaya salam!"ın 16-cı günündə Aysulu Kokoyevadır - VİDEO

 

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. 12 oktyabrda layihə qırğız şairəsi Aysulu Kokoyeva və onun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edib.

 

Aysulu Kokoyeva / Qırğızıstan

 

Salam əziz Azərbaycanlılar!

Mən Qırğızıstandan Aysulu Kokoyevayam.

Şuşalıları ürəkdən təbrik edirəm.

Şuşa-mədəniyyət və mənəviyyat beşiyidir. Hələ neçə-neçə istedadlar çıxacaq bu şəhərdən. Şuşaya çiçəklənmə arzulayıram.

Qoy onun gələcəyi işıqlı olsun.

Salam, Şuşa!

Qırğız klassiki Əliqul Osmanovun “Vətən” şeirini sənə ithafən oxuyuram.

 

Vətən

 

Sərt şaxtadır, qarrıyır. Külək qovur zülməti.

Əziz vətənim mənim əynini qalın elə.

Tufana, fırtınaya sinə gərrəm səninlə,

Lazım olsa qoy soyuq olsun mənim qismətim.

 

Zülmət qatılaşıbdı, görünməz olub gecə.

Əziz vətənim mənim, tələ vardır qarşıda.

Yağının zərbəsini sinəmlə dəf edəcəm,

Düşmənə deyəcəm ki, sən gəl məni qarşıla.

 

Görürsən qar əriyib, nə ayaz var, nə şaxta.

Ətraf aydınlanıbdı, əziz vətənim mənim.

Sən azadsan, güclüsən, qurban olum bu baxta,

Qurban olum yolunda mənim əziz vətənim.

 

Tərcümə: Səlim Babullaoğlu


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!