9 oktyabr 2022-ci ildə Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Xurşidbanu Natəvan təqdimat zonasında şair Aqşin Yeniseylə “Şeir axşamı” adlı tədbir keçirildi.
Tədbir çərçivəsində Aqşin Yenisey Azərbaycan Respublikası Mədəniyyət Naziriliyi tərəfindən təsis olunan “Şuşa-270” döş nişanı ilə təltif olundu. Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli döş nişanını Aqşin Yeniseyə təqdim etdi.
Təltif mərasimindən sonra Aqşin Yenisey təəssüratlarını bölüşdü. Bakı Beynəlxalq Kitab Sərgisində beşinci dəfə iştirak etdiyini, ilk dəfə belə bir təltiflə mükafatlandırıldığını bildirən Aqşin Yenisey qeyd etdi ki, “bu mənim üçün çox gözlənilməz oldu. Şuşa şəhərinin adını daşıyan hər bir şey mənim üçün dəyərli və qiymətlidir. Çox qürurla mən bu döş nişanını öz üzərimdə daşıyacam. Artıq Şuşa mənim ürəyimin başında olacaq. Mən bu dəyərə görə ilk növbədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə öz dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Aqşin Yenisey VIII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarıdır.
culture.gov.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!