Sayman Aruzun “Praktik irfan nəzəriyyəsi” kitabının təqdimatı keçirilib - FOTOLAR

 

VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 5-də Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri, şair Sayman Aruzun “Praktik irfan nəzəriyyəsi” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində müəllifin mövzu ilə bağlı məruzəsi də dinlənilib. Sayman Aruz Şərq təfəkkürü və islam, ərəb mədəniyyətinin şərq mədəniyyətini üstələməsi, dini təriqətlərin cəmiyyət həyatına, mədəniyyət və elmə təsiri məsələlərindən də söhbət açıb.

Sonra söz “Praktik irfan nəzəriyyəsi” kitabının ön söz müəllifi, İlahiyyat İnstitutunun rektoru dosent Adil Şirinova verilib. A.Şirinov kitabın faydalarından söz açaraq, mədəniyyətimizə qatqıları baxımından məziyyətlərindən bəhs edib.

Sonra təqdimat iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib. Qeyd edək ki, Üzeyir Hacıbəyli təqdimat zonasında keçirilən tədbirdə bir çox şair, yazıçı və alimlər iştirak ediblər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!