"Şuşaya salam!" layihəsinin IV günü Nİkolae Spateru şeir oxuyur - VİDEO

 

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla, 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün - 30 sentyabrda layihə tanınmış Moldova şairi  Nikolae Spaterunun Şuşa barədə ürək sözləri və şeiri ilə davam edir.

 

Nikolae Spateru / Moldova

şair, nasir, “Kvadrat” jurnalının baş redaktoru

Sizi salamlayıram, əziz dostlar. Bu il Şuşa şəhərinin əsasını qoyulmasının 270-ci il dönümüdür. Bu Azərbaycan şəhərinin xüsusi tarixi var, bu şəhər mədəniyyət, şeir və musiqi mərkəzidir. Moldova Respublikası adından səni salamlayıram, Şuşa! Salam, Şuşa!

Uzun illər arulayıram sənə! Çiçəklənmə arzulayıram sənə. Qoy bu müqəddəs torpaq əvvəlki illərdə olduğu kimi yenə də Azərbaycana və dünyaya böyük şairlər, bəstəkarlar, ifaçılar, rəssamlar bəxş etsin. İndi oxuyacağım şeiri sənə ithafən oxuyuram, Şuşa!

Dostun, Nikolae Spetaru

 

Çəmənin yaşıl bayrağı altında

 

Atlar və atlılar qayıtmağa başladılar

yüzillik müharibədən

çəmənin yaşıl bayrağı altında.

Döyüş meydanında əsas şey

kəklikotulu çay üçün

qəndin miqdarını müəyyənləşdirməkdir –

 bunu vacib görkəm alan kapitan deyir və deyir ki,

savaşı ciddiyə alanlara

ölümlə müalicə kursu keçmək

tövsiyə edilir vaxtaşırı.

Atlar və atlılar qayıtmağa başladılar

ən uzun savaşdan sonra,

bu hadisəylə bağlı akreditə olunmuş çoxlu jurnalist 

(onlar savaşın yüz il uzanacağını söyləyir)

 qeydlərini birbaşa 

tarix dərsliklərinə edirlər.

 

Tərcümə: Səlim Babullaoğlu


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!