Şuşaya salam - Anons - VİDEO

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Spasce” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar.

Bu gün layihə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla, onun Şuşa barədə ürək sözləri, Rəsul Rzanın Şuşaya həsr etdiyi şeirinin oxusu ilə start götürür. Saat 14.55, 18.55. və 22.45-də "Space" də translyasiya olunacaq...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!