Əməkdar elm xadimi Xəlil Yusifli vəfat edib

 

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.

Edebiyyatqazeti.az xəbər verir ki, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, Gəncə Dövlət Universitetinin professoru Xəlil Həmid oğlu Yusifli bu gün 87 yaşında vəfat edib.

Qeyd edək ki, Xəlil Yusifli “Nizaminin lirikası” (1968), “Şərqdə İntibah və Nizami Gəncəvi” (1982), “Məhsəti Gəncəvi” (1984), “Dünya ədəbiyyatı tarixi” (Antik dövr), “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” və s. kitabların, onlarla tərcümənin müəllifi, klassik irsin tərtibçisidir.

Allah rəhmət eləsin!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!