AYB-də qurultayqabağı toplantı keçirildi

 

Avqustun 29-da Azərbaycan Yazıçılar Birliyində seksiyaların toplantısı keçirilib.

AYB sədrinin, katiblərin və seksiya rəhbərlərinin iştirakı ilə keçirilən topantıda qurultayqabağı hazırlıq məslələri müzakirə edilib, seksiya rəhbərlərinin təklifləri dinlənilib.

Müzakirələr zamanı nəzərə alınıb ki, sentyabrın 2-də poeziya və uşaq ədəbiyyatının, 9-da nəsr və dramaturgiya, 16-da isə tənqid və tərcümə seksiyalarının birgə və geniş toplantısı keçirilsin.  

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı oktyabr ayının 5-də, Bakı şəhərində keçiriləcək.

 

AYB Mətbuat xidməti

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!