Məmməd İsmayıl haqqında kitab çap olundu

 

Əsərləri dünyanın əllidən çox dilinə çevrilmiş, Azərbaycan, türk, rus, fransız, yapon, qazax, rumın, alban, macar dillərində qırxdan çox kitabı yayımlanan türk dünyasının məşhur şairi Məmməd İsmayılın haqqında Türkiyədə “Prof. Dr. Mehmet İsmail Armağanı” adlı kitab işıq üzü görüb.

Kitabda azərbaycanlı və türkiyəli müəlliflərin Məmməd İsmayıla həsr olunmuş şeirləri, xatirə yazıları və elmi məqalələri yer alıb.

“Prof. Dr. Mehmet İsmail Armağanı” kitabı oxuculara ustad şairin yaradıcılığını bütün dolğunluğuyla qavramaq, əsərlərinə yeni, elmi tərəfdən baxmaq, onu yenidən kəşf etmək imkanı verir.

 

kulis.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!