Azərbaycan Yazıçılar Birliyi (AYB) katibliyinin növbəti toplantısı keçirilib. Toplantıda qurultayqabağı hazırlıq məsələləri müzakirə edilib. Müzakirələr zamanı qərara alınıb ki, Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı 30 sentyabr 2022-ci il tarixində təşkil edilsin. Qurultay üzvlərinin seçilməsi məsələsində, nizamnaməyə uyğun olaraq, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyəti, Ağsaqalar Şurası, Gənclər Şurası, Təftiş Komssiyası üzvlərinin, AYB mətbu orqanlarının rəhbərliyinin tam tərkibdə, seksiya və bölmələrin isə hər on nəfərdən birinin qurultay üzvü seçilməsinə qərar verilib. Bundan başqa toplantıda Azərbaycan Yazıçılarının XIII qurultayının Bakı şəhərində keçirilməsi məqbul sayılıb. Qurultayın keçirilə biləcəyi məkanlar müzakirə edilib.
AYB Mətbuat xidməti
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!