Ulucay Akifin şeirləri İspaniya elektron ədəbiyyat jurnalında

 

İspaniyanın “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində yeni yaradılan “Azərbaycan şairləri” bölməsində gənc, istedadlı şair Ulucay Akifin ispan dilinə tərcümə olunmuş “Kölgə”, “Sual”, “Sevgi marşı” şeirlərinin yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, şairin həyat və yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifi Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, bədii redaktoru İspaniyanın filoloq alimi Eva Kontrerasdır.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı əsasən dünya ədəbiyyatının İzabella Berd, Tomas Mann, Qabriel Qarsia Markes, Mario Varqas Lyosa, Blanka Andreu kimi korifey yazıçı və şairlərinin yaradıcılığını işıqlandırır.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!