Qazaxıstanın populyar “adebiportal.kz” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində istedadlı yazıçı, dünyasını vaxtsız dəyişmiş Zərdüşt Şəfinin rus dilinə tərcümə olunmuş “Sonuncu çiçək dükanı” hekayəsinin yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin rus dilinə tərcümə müəllifi rus dili mütəxəssisi Arzu Rəcəbova, bədii redaktoru ədəbiyyatşünas alim Anjela Lebedevadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “adebiportal.kz” portalı müntəzəm olaraq səhifələrində Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!