“Könlüm keçir Qarabağdan” şeir müsabiqəsi elan olunur - VİDEO

 

Azərbaycan  Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, 

Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyi,

Azərbaycan Yazıçılar Birliyi

 

təqdim edir:

 

Şanlı Zəfər Savaşımıza həsr olunan

“Könlüm keçir Qarabağdan” adlı şeir müsabiqəsi!

 

Qəhrəmanlarımızdan, işğaldan azad edilən torpaqlarımızdan və tarixi qələbəmizdən bəhs edən şeirlər...

 

Müsabiqənin şərtləri:

 

-Müsabiqədə 18-40 yaş arasında müəlliflər  yalnız yeni,

 indiyədək çap olunmamış şeirləri ilə iştirak edə bilərlər;
 

-Şeirlər 14-lük Times New Roman şriftlə və 1,5 intervalla word faylında yığılmalıdır;
 

-İştirakçılar müsabiqəyə şeirlərlə yanaşı  şəxsiyyət vəsiqələrinin hər iki üzünü,

fotolarını, ünvan və əlaqə nömrələrini qeyd etməklə qısa tərcümeyi hallarını
 
müvafiq fayllarda aşağıdakı elektron poçt ünvanına göndərməlidirlər:
 

[email protected]

 

-  İyulun 10-dan, sentyabr ayının 10-a qədər müraciət edə bilərsiniz;
 

 

Müsabiqə iki mərhələdə aparılacaq,  ədəbi nümunələr nüfuzlu münsiflər heyəti  tərəfindən dəyərləndiriləcək, ilk mərhələni keçən  şeirlər

efirdə təqdim ediləcək, I,II və III yerin qalibləri Zəfər günümüzdə  pul və xüsusi mükafatlara layiq görüləcək .

 

 

İnformasiya və təşkilati dəstək: Mədəniyyət kanalı , Bakı Kitab Mərkəzi, "Ədəbiyyat qəzeti”, Azərbaycan Radiosu


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!