Anar Əlişir Nəvai medalı ilə təltif olunub

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Beynəlxalq Türk Akademiyasının Əlişir Nəvai qızıl medalı ilə təltif olunub.

Medalı Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli təqdim edib. Çıxışında Anarın türk dünyası qarşısındakı xidmətlərindən söz açan Kıdırəli yazıçının əsərlərini böyük maraqla oxuduğunu vurğulayıb.

Anar, öz növbəsində, mükafatı almaqdan məmnunluq duyduğunu bildirib.

Qeyd edək ki, Əlişir Nəvai medalı ilə türk dünyasında ortaq düşüncənin formalaşmasına, ədəbi əlaqələrin inkişafına inteqrasiya sahəsindəki xidmətləri olan şəxslər təltif olunur.

 

525.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!