Zəkulla Bayramlının “Səndən nə gizlədim...” kitabı nəşr olunub

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent, füzulişünas alim Zəkulla Bayramlının (Zəki Bayram Yurdçu) “Səndən nə gizlədim...” kitabı işıq üzü görüb.

İnstitutdan bildirilib ki, müxtəlif illərdə yazılmış lirik şeirlərdən ibarət olan kitabın redaktoru Hafiz Rüstəmdir.

“Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin rəhbəri olan Zəkulla Bayramlının “Səndən nə gizlədim...” şeirlər kitabı “Elm və təhsil” nəşriyyatında çap edilib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!