Yazıçı-publisist İntiqam Mehdizadə vəfat edib

 

Yazıçı-publisist İntiqam Mehdizadə vəfat edib.

Bu barədə mətbuata mərhum yazıçının yaxınları məlumat verib. O, İsmayıllıda dəfn ediləcək.

Qeyd edək ki, İntiqam Mehdizadə 1945-ci ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Üç il "Azərbaycan gəncləri" qəzetində işləyəndən sonra 1973-cü ildə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin olunub. Burada böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrinə qədər yüksəlib. "Gənclik və idman" redaksiyasına rəhbərlik edib.

5 kitab müəllifidir.

Allah rəhmət eləsin!

 

apa.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!