Uşaqlara nağıl kimi hədiyyə

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin layihəsi olan “Dünya xalqlarının nağılları” audiodiskinin təqdimatı keçirilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən təqdimat mərasimində rəsmi qurumların təmsilçiləri, ictimaiyyət nümayəndələri, şəhid və qazi övladları, yaradıcı heyət iştirak edib.

“Dünya xalqlarının nağılları” audiodiski dünya xalqlarının folklor nümunələrini əhatə edir. 10 dəqiqəlik nağılları Azərbaycanın Xalq artisti, sevimli diktor Ofeliya Sənani təqdim edir. Diskdə ümumilikdə 360 nağıl var. Sözügedən nağıllar hər gün Azərbaycan radiosunda səsləndirilir.

Orijinal musiqi və mükəmməl rejissor işi ilə radio həllini tapan nağıllar 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlara “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin hədiyyəsidir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!