İsveçdə Matfey və İohanın “İncil” kitabının Azərbaycan dilinə tərcüməsinin XVII əsrə aid nüsxəsi aşkar edilib.
Latın şrifti ilə fransız dilinin orfoqrafiyasına uyğun olaraq İsfahanda hazırlanmış əlyazma 1680-ci illərdə Moskvada olmuş isveçli səyyah Yohan Qabriel Sparvenfeld tərəfindən əldə edilib.
Bu nadir tarixi əlyazma hazırda Uppsala Universitetinin kitabxanasında saxlanılır.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!