“2783…” adlı pyes müsabiqəsinin nəticəsi elan edilib

 

44 günlük Zəfər savaşımızdan və tarixi qələbəmizdən sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Qarabağ – Vətən müharibəsi mövzusunda “2783…” adlı pyes müsabiqəsi elan etmişdi. Müsabiqə şərtlərinə görə təqdim olunan əsərlər tarixi zəfərin, Qarabağ qələbəsinin ab-havasını, bu önəmli hadisənin bütövlükdə ölkənin və ayrı-ayrı insanların həyatına, düşüncələrinə təsirini əks etdirməli idi.

Müsabiqəyə təqdim edilən əsərlərdən yazıçı-dramaturq İlqar Fəhminin "Balaca kişilər" pyesi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək qalib elan olundu. Pyesə teatrda quruluş veriləcək və bu il Zəfər günündə tamaşa sənətsevərlərə təqdim olunacaq. Həmçinin müsabiqənin şərtlərinə görə əsər "Azərbaycan" dərgisində işıq üzü görəcək. 

525.az

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!