AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı İbrahim Yusifoğlunun erməni terrorunun qurbanı olmuş uşaqların əziz xatirəsinə ithaf edilmiş “Qıymayın uşaqlara” kitabı çapdan çıxıb.
Bu barədə Edebiyyatqazeti.az-a Ədəbiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, nəşrin redaktoru dosent Elnarə Akimova, rəyçisi professor Vüqar Əhməddir.
“Tanrıdan gələn səsdir: “Qıymayın uşaqlara”" adlı önsözün müəllifi dosent Fidan Nizaməddinqızıdır.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə töhfə olan sözügedən nəşrdəki şeirlərdə müharibə törədənlərə, faciəli uşaq ölümü hallarına dərin nifrət, 44 günlük Vətən müharibəsində göstərdikləri igidliyə görə müzəffər Azərbaycan Ordusuna sevgi hissləri aşılanır.
Kitabda uşaqlar üçün yazılmış şeirlərlə yanaşı, üçpərdəli “Pəhləvanın bağında” mənzum pyesi də yer alıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!