Samirə Əşrəfin yeni kitabının təqdimatı keçirildi - FOTOLAR

 

Mayın 20-də Bakı Kitab Mərkəzində yazıçı Samirə Əşrəfin “Mənim üçün qızılgül” adlı ilk hekayələr kitabının təqdimatı keçirilib.

Təqdimatı giriş sözü ilə Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı açaraq gələn qonaqları salamlayıb, müəllifin ilk kitabı haqqında ürək sözlərini bildirib.

Bundan sonra professor, ədəbi tənqidçi Cavanşir Yusifli, millət vəkili, yazıçı Aqil Abbas, tənqidçi İradə Musayeva və kino tənqidçi Sevda Sultanova Samirə Əşrəfin yeni kitabı barədə öz fikirlərini bildiriblər. Sonda müəllif qonaqlar üçün kitablarını imzalayıb.

Qeyd edək ki, “Alatoran” yayınlarında işıq üzü görən kitaba müəllifin son on ildə yazıdğı on iki hekayə daxildir.

 

“Mənim üçün qızılgül” kitabının redaktoru Cavanşir Yusiflidir.

 

kulis.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!