Azərbaycan şairinin şeirləri Vyetnamın ədəbiyyat saytlarında - FOTOLAR

 

Beynəlxalq Alaş Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qosalının şeirləri Vyetnam və Özbəkistan mətbuatında yayımlanıb.

Ə.Qosalının şeirləri tanınmış Vyetnam şairləri Mai Van Phan və Nguyen Ba Giap tərəfindən vyetnamcaya çevrilərək vanchuongphuongnam.vn və maivanphan.vn ədəbiyyat saytlarında yerləşdirilib.

Qeyd edək ki, bundan az öncə Özbəkistanın “İcad dünyası” dərgisi də Ə.Qoşalının şeirlərini yayımlayıb.

Onu da vurğulayaq ki, Ə.Qoşalı ötən ay Özbəkistan Yazıçılar Birliyinin fəxri, Türk Ədəbiyyatı Vəqfinin isə şərəf üzvü seçilib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!