İçərişəhər “Art Tower Gallery”də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzi kitab təqdimatı və yazarların imza günlərinin keçirilməsinə dəstək layihəsini təqdim edib.
Layihənin məqsədi ölkəmizdə kitaba, mütaliəyə marağın artırılması, istedadlı insanlara dəstək olmaq, onların geniş oxucu auditoriyasına tanıdılması üçün yeni imkanların yaradılmasıdır.
Təqdimat mərasimində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, yazıçı, jurnalist Rəşad Məcid, filologiya elmlər doktoru, ədəbi tənqidçi Cavanşir Yusifli və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə artiq şair və yazarların Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzə müraciət edərək təklif olunan dəstəkdən yararlana biləcəkləri diqqətə çatdırılıb. Burada yaradıcı şəxslərə kitab təqdimatları, imza günlərinin keçirilməsində məkan və texniki dəstək təklif olunacaq.
Yeni layihənin təqdimatının ardınca iki yazarın - Samirə Əşrəf və İlham Əzizin imza günü keçirilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!