Tehran Əlişanoğlunun “Müxbir üzvün qeydləri” kitabı çap olunub - FOTOLAR

 

Tənqidçi-ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Müxbir üzvün qeydləri” adlı yeni kitabı işıq üzü görüb.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru və ön sözün müəllifi akademik İsa Həbibbəyli, rəyçisi filologiya elmləri doktoru Elnarə Akimovadır.

Kitabda Tehran Əlişanoğlunun son beş ildə müxbir üzv seçiləndən qələmə aldığı elmi və ədəbi-tənqidi məqalələri toplanmışdır.

“Heydər Əliyev və ədəbiyyat”, “Ədəbiyyatda Ali Baş Komandan”, “Yubiley saatı”, “Haşiyələrdə ədəbiyyat” və “Ədəbi proses hərəkatı” adlı bölmələrdə sistemləşdirilən məqalələrdə cari ədəbiyyatın son illərdəki bütün hərəkətlilik mexanizmini izləmək, çağdaş ədəbiyyatı bütün təzahür və tendensiyalarında dərk etmək, xüsusilə Zəfər tariximizdən sonra ədəbiyyatımızın vardığı yeni hüdudları görmək mümkündür.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!