Milli Kitabxana “Əhməd Cavad” adlı virtual sərgi hazırlayıb

 

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130-cu ili tamam olur. Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Milli Kitabxananın əməkdaşları tərəfindən “Əhməd Cavad” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənəd, fotolar, Əhməd Cavadın müəllifi olduğu kitablar, haqqında yazılan kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ehmed_Cavad/index.htm linkindən istifadə edə bilərlər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!