Yazıçı Əyyub Qiyasın “Qara işıq” romanı təqdim olunacaq

 

Tanınmış yazıçı Əyyub Qiyasın “Qara işıq” romanının təqdimat mərasimi keçiriləcək.

Edebiyyatqazeti.az xəbər verir ki, təqdimat aprelin 15-i saat 15-də Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

Roman Rüfət adlı yazıçının psixi vəziyyəti, üzləşdiyi problemlər və taleyindəki sərt dəyişikliklərdən bəhs edir.

“Qara işıq” alman, gürcü və rus dillərinə tərcümə edilərək çap olunub. Bu ilin sonunadək rus dilində çap olunması planlaşdırılır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!