İlham Əzizin hekayələr toplusu çapdan çıxıb

 

Yazıçı İlham Əzizin “Şimşəkdən sonra” adlı hekayələr kitabı nəşr olunub.

Kitabın təqdimatı 16 aprel saat 15:00-da “Libraff” kitab mağazasında (Elmlər Akademiyası metrosunun əsas çıxışı ilə üzbəüz)  baş tutacaq.

Qeyd edək ki, İlham Əziz 2017-ci ildən ədəbi yaradıcılqıla məşğuldur. “Şimşəkdən sonra” hekayələr toplusu müəllifin ilk kitabıdır.

Kitabda İlham Əzizin yaradıcılığında fərqlənən 10 hekayə yer alıb.

Kitabın redaktoru Sərdar Amin, korrektoru Nadir Yalçındır. Rəsmlər isə Aynur Aydına məxsusdur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!