Ədəbiyyat, mədəniyyət, müəllif hüquqları sahəsində fəaliyyətə başlayan Beynəlxalq Türk Müəllifləri Birliyi (BeyTüM) ilə Türkiyənin nüfuzlu ədəbiyyat təşkilatlarından olan Türk Ədəbiyyatı Vəqfi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu Türk Ədəbiyyatı Vəqfinin rəhbəri, tanınmış şair Serhat Kabaklı və Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri, şair Xəyal Rza imzalayıblar.
Memorandumda iki qardaş ölkənin ədəbiyyat və mədəniyyət sahəsindəki fəaliyyətinin inkişafına xidmət göstərəcək müxtəlif layihələrin həyata keçirilməsi, kitabların çap edilməsi və təbliğində birgə fəaliyyət göstərilməsi nəzərdə tutulub.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!