Rəsul Rzanın ikicildlik kitabının birinci cildi qırğız dilində nəşr edilib

 

Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycanın böyük şairi Rəsul Rzanın ikicildlik kitabının birinci cildi qırğız dilində nəşr olunub.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar kitaba “Ön söz” yazb. Şeirləri qırğız dilinə Kanıbek Omurzakov, Mukan Asanaliyev və Bakıt Junusaliyev tərcümə edib.

Kitabın redaktoru Altınbek İsmailovdur.

“Uulu Toolor” nəşriyyatında 500 tirajla nəşr edilən kitab Qırğızıstanın təhsil ocaqlarına, kitabxanalara veriləcək və pulsuz yayılacaq.

Qeyd edək ki, 392 səhifəlik kitab fondun bu günə kimi tərcümə etdirib nəşr etdiyi 137-ci topludur.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!