Cəlil Məmmədquluzadənin ev-muzeyində “Molla Nəsrəddin – 116” adlı tədbir keçirilib - FOTOLAR

 

Aprelin 7-də Cəlil Məmmədquluzadənin ev-muzeyində “Molla Nəsrəddin – 116” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru Yeganə Məmmədova açıb. Sonra AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadə və mollanəsrəddinçilər ədəbi məktəbi haqqında çıxışında maraqlı və yeni məlumatlar səsləndirib.

Bu barədə Edebiyyatqazeti.az-a Ədəbiyyat İnstitutundan məlumat verilib. Yasamal rayon 150 saylı tam orta məktəbin müəllimi - Əməkdar müəllim Məlahət Babakişiyevanın çıxışından sonra yeddinci sinif şagirdləri “Molla Nəsrəddin” jurnalında çap olunan felyetonlara aid səhnəciklər göstəriblər.

Tədbirdə 150 saylı tam orta məktəbin direktoru Sevda Əliyeva, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə, Əzim Əzimzadənin xatirə muzeyinin direktoru İradə Əzimzadə, Nəriman Nərimanov xatirə muzeyinin direktoru Ləman Hüseynova, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının ədəbi dram hissə müdiri Həmidə Rüstəmova və digər ziyalılar iştirak ediblər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!