Azərbaycan Sankt-Peterburqda qalib olub - Şərif Ağayarın romanı ilə

 

Azərbaycan Sankt-Peterburqda keçirilən "Oxuyan Peterburq: ən yaxşı xarici yazıçıları seçək" müsabiqəsinin qalibi olub.

Bu barədə tədbirin təşəbbüskarlarından biri, yazar-filoloq Şahnaz Kamal məlumat verib.

O bildirib ki, müsabiqə iki nominasiya üzrə keçirilib: rus dilinə çevrilmiş və rus dilinə çevrilməmiş xarici yazıçılar.

Birinci nominasiya üzrə Elçin Hüseynbəylinin "On üçüncü həvari və ya 141-ci Don Juan" romanı təqdim edilib və müəlliflə oxucuların onlayn görüşü təşkil edilib.

İkinci nominasiya üzrə Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanı təqdim edilib. Şərif Ağayar bu nominasiyada üçüncü yerə çıxıb.

“Arzulardan sonrakı şəhər” romanından bir hissə tərcümə üçün sayta yerləşdirilib və bir neçə tərcümə təqdim olunub. Tərcüməçilər arasında Gülşən Həbibova birinci yerə çıxıb.

Nominasiya üzrə digər yerləri Tomas Hethe (Almaniya) və Dorothea Elmiger (İsveçrə) tutub.

“Əsərləri rus dilinə çevrilən ən yaxşı xarici yazıçılar” isə Fredrik Backman (İsveç), Robert Qelbrayt (Böyük Britaniya), Elke Şmitter (Almaniya) və Pavlos Matesis (Yunanıstan) seçilib.

 

yeniyaz.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!