Elmi-fantastika janrında yeni kitab nəşr olunub

 

Tanınmış uşaq yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin elmi-fantastika janrında yazdığı “Zaman maşınında səyahət: Qırmızı Adamlar Planeti” kitabı nəşr olunub. Kitab “Xan” Nəşriyyatının “Balabilgə Nəşrləri”ndə işıq üzü görüb. Nəşrin redaktoru Hədəf Nəşriyyatının direktoru Səbuhi Şamursoy, rəssamı isə müəllif özüdür.

Kitab yeniyetmə uşaqlar üçün nəzərdə tutulub və Azərbaycanda elmi fantastika janrının inkişaf etdirilməsi, elmin populayarlaşdırılması, uşaq və yeniyetmələrdə elmə marağın oyadılması, AMEA-nın və onun nəzdindəki Yüksək Texnologiyalar Parkının təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Əsər elmin gücündən istifadə edərək zaman maşını düzəldib keçmişə, gələcəyə və başqa planetə səyahət etmək istəyən yeniyetmə oğlanın və ona bu işdə köməklik göstərən YTP-də çalışan təcrübəli professorun başına gələn qəribə və həyəcanla dolu macəralardan bəhs edir.

Sözügedən kitabın təqdimatı 2022-ci il aprelin 2-3 tarixlərində ölkədə ilk dəfə keçiriləcək Birinci Uşaq Kitab Festivalında keçiriləcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!