Bu gün səhər tanınmış şair Ələddin İncəli vəfat edib.
Bu barədə Kulis.az-a mərhumun yaxınları məlumat verib.
Ələddin İncəli 9 noyabrda doğulduğu Kəmərli kəndində torpağa tapşırılacaq.
Ələddin Məhəmməd oğlu Həsənli 1930-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1947-ci ildə Kəmərli kənd məktəbini bitirib. 1951-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir.
Ədəbi yaradıcılığa 50-ci illərdə başlamışdır. "Ceyran"(1970), "Gəl Kür qırağına"(1980) kitabları, "Gedin deyin Xançobana", "Əfsanə", "Nifaq alması" pyesləri, Müstəqillik illərində isə "Əlvida, XIX əsr (2001), Salam, üçüncü minillik (2002), "Ömür istə", "Ömrün illəri", "Babam buyurdu", "Mərdi- mərdanə", "Yetişdim 80-nə, Vətən", "söz incilərim", "Qarabağnamə", "O illər hanı", "Salam, İstanbul", "Yeddi güllə (nəşr), "Pyeslər", "Könül rübabım"(2014), "İllər, sizinəm"(2016) kimi şerlər toplusu nəşr olunub.
Allah rəhmət eləsin.
Kulis.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!