Rəsul Rzanın ikicildlik kitabının birinci cildi qırğız dilinə tərcümə edilib

 

Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycanın Xalq şairi Rəsul Rzanın ikicildlik kitabının birinci cildi qırğız dilinə tərcümə olunub.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın müəllifi olduğu kitabın “Ön söz”ünü qırğız dilinə Kanıbek Omurzakov, şeirləri isə Mukan Asanaliyev və Bakıt Junusaliyev tərcümə edib.

Kitabın redaktoru Altınbek İsmailovdur.

Qeyd edək ki, kitab nəşr edildikdən sonra Qırğızıstanın təhsil ocaqlarına, kitabxanalara veriləcək və pulsuz yayılacaq.

 

azertag.az

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!