Xurşidbanu Natəvanın adı dünyanın ən tanınmış qadınları arasında

 

Rumıniyanın Kluj-Napoka şəhərində yerləşən Babeş-Bolyay Universiteti bu günlərdə maraqlı təşəbbüslə çıxış edib.

Universitetin nəzdində fəaliyyət göstərən elmi araşdırma institutları və mədəniyyət mərkəzlərinin birgə səyi nəticəsində Beynəlxalq Qadınlar Günü münasibətilə dünyanın tanınmış alim, şair, yazıçı, idmançı qadınları haqqında "Qadın portreti” adlı toplu hazırlanıb.

Topluda Qarabağ xanı Mehdiqulu xanın qızı məşhur şairə Xurşidbanu Natəvan haqqında da məlumat yer alıb.

Babeş-Bolyay Universitetinin Türkologiya İnstitutunun təşəbbüsü ilə topluya daxil edilən şairə haqqında institutun elmi katibi t.f.d. Adina Fodor məruzə edib.

Qurumdan verilən xəbərə görə, "Nobel”çi alimlər, yazıçılar, dünya rekordlarına imza atmış çempion qadınlarla bir sırada məhz şahzadə Natəvanın bu topluya daxil edilməsi Qarabağın işğaldan azad olunmasına sevinən rumın dostların Qarabağ mədəniyyətini, tarixini tanıtmaq yolunda növbəti addımıdır.

qaynarinfo.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!