Təbrizə düşən “İz”

 

Mәmmәd  İsmayılın  “İz” romanı  Bakıda çap olunduqdan sonra haqqında çox saylı mәqalәlәr yazılıb vә dünyanın bir çox yerlәrindә kitab halında nәşr olunub. Almanyanın nüfuzlu Amazon nәşriyyatında almanca çap olunan roman  mötәbәr Frankfurt kitab yarmarkasında yer alıb. Kitabın türkcә variantını nәşr edәn İstanbulun  Akıl Fikir yayınları nәşriyyatının tәşәbbüsü ilә instagramda türk dünyasının müxtәlif yazıcı vә elm adamlarının iştirakı ilә müzakirәsi keçirilib.

Bu dәfә isә  “İz”in  yolu  Tәbrizә  düşüb. Romanı fars әlifbasına Cәnubda әdәbiyyatımızın cәfakeşi Mehdi Meimandi çevirib. Kitabı Nəbati nəşriyati iş birliyi ilә Azər Turan nəşriyatı çap edib. Bu, Mәmmәd  İsmayılın Tәbrizdә işıq üzü görәn  ikinci kitabıdır. Bundan әvvәl şairin seçmә şerilәrindәn ibarәt “Duyğuların işığı” kitabı da Tәbrizdә nәfis şәkildә çap olunmuşdu. O kitab da Mehdi Meimandi bәyin tәşәbbüsü vә iştirak ilә nәşrə hazırlanmışdı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!