2017-ci ilin Qonkur mükafatı sahibi bəlli oldu - Gündəm

49 yaşlı Erik Vyuyyar (Eric Vuillard) Fransanın əsas ədəbi mükafatı hesab olunan Qonkur (Goncourt) mükafatının laureatı oldu. Qonkur akademiyası bu qərarı dünən (6 noyabr) açıqlayaraq,  E.Vyuarın “Gündəm”  (“L’Orde du Jour”) romanını 2017-ci ilin fransızdilli ədəbiyyatının ən yaxşı nümunəsi elan edib.

E.Vuillard kitabında Hitlerin iqtidara gəlişinin hekayəsini qələmə alır.

Kitaplarında daha çox tarixi olayları anladan 49 yaşlı fransız yazar daha öncə də bir neçə ədəbi mükafat qazanıb.

Qeyd edək ki, hər bir yazarın ömründə yalnız bir dəfə ala bildiyi Qonkur mükafatı 1903-cü ildə təsis edilib. Marsel Prust (Marcel Proust) və Simona de Bovuar (Simone de Beauvoir) kimi çox məşhur yazarların adları da bu mükafatın laureatları sırasında yer alır.

Ənənəyə uyğun olaraq, qalibin adı Parisin “Druan” restoranında elan edilib. Qonkur akademiyasının baş katibi Didye Dekuan qeyd edib ki, Erik Vyuarın leyhinə akademiyanın 10 üzvündən altısı səs verib. Qonkur mükafatı üçün ödənilən məbləğ tamamilə simvolikdir – cəmi 10 avro… Buna baxmayaraq, qalibin kitabına həmişə maraq böyüyür və adətən, qalib kitabın tirajı 400-500 min və daha böyük rəqəmlərə çatır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!