Aqşin Evrənin şeirləri Türkiyə ədəbiyyat portalında

 

Türkiyənin populyar “dibace.net” ədəbiyyat portalı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc şair Aqşin Evrənin türk dilinə tərcümə olunmuş “Yaş köynəyin fotosu”, “Ağrımağın resepti” və “Unutmağın resepti” şeirlərinin yayımına başlayıb.

 Şeirlərin türk dilinə tərcümə müəllifi Dövlət Tərcümə Mərkəzinin türk dili üzrə mütəxəssisi Kəmalə Ələkbərovadır.

Qeyd edək ki, portal səhifələrində mütəmadi olaraq türkdilli xalqların tanınmış yazıçı və şairlərinin yaradıcılığını işıqlandırır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!