AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Abdurəhmanovanın “İstiqlal arzusu ilə yaşayan şair” kitabı işıq üzü görüb. Şahmar Əkbərzadə haqqında ilk monoqrafiya olan bu əsər Ədəbiyyat İnstitutunun Elmi Şurasının 16 dekabr 2021-ci il tarixli 8 saylı iclas protokolunun qərarı ilə çap olunub.
İnstitutun İctimaiyyətlə Əlaqələr şöbəsindən Edebiyyatqazeti.az-a verilən məlumata görə, “Vətəndaşlıq missiyasının şairanə ifadəsi” adlı ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylidir. Kitabın redaktorları yazıçı-publisist Mustafa Çəmənli və Könül Aslanova, rəyçiləri filologiya elmləri doktorları Vaqif Yusifli, Vüqar Əhməd, hüquq elmləri doktoru Habil Qurbanovdur.
“Elm və təhsil” nəşriyyatında çap olunmuş monoqrafiya “Özü ilə istiqlal arzusunu aparan şair”, “İstiqlal şairləri və Şahmar Əkbərzadə”, “Şahmar Əkbərzadənin lirikasında psixologizm”, “Türk dünyasının şairi”, “Qarabağdan əsən yellər” və “Müstəqillik illərində Şahmar Əkbərzadənin publisistikası” bölmələrindən ibarətdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!