“Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan olunur

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan edir

* Müsabiqəyə göndərilən pyeslər indiyə qədər heç bir teatrda səhnələşdirilməməlidir;

* Müxtəlif janrlı əsərlərin yazılması arzuolunandır;

* Bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər;

* Müsabiqəyə qatılmaq üçün yaş məhdudiyyəti yoxdur;

* Əsərlər sentyabrın 1-nə qədər qəbul edilir, son tarixdən gec göndərilən əsərlər müsabiqəyə qəbul olunmayacaq;

* Qalib pyes müəllifi 2000 azn məbləğində pul mükafatı ilə təltif olunacaq və dövlət sifarişi əsasında tamaşaya qoyulacaq;

* İştirakçılar pyes ilə birlikdə özləri haqqında məlumatı, şəxsiyyət vəsiqəsinin surətini, əlaqə nömrələrini [email protected] ünvanına göndərməlidirlər.

Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 84

Telefon: (012) 493-06-03

 

mct.gov.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!