Şair Əli Vəkil vəfat edib

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi Əli Vəkil vəfat edib.

Yazıçılar Birliyindən verilən məlumata görə, o, bu gün ürək çatışmazlığından vəfat edib.

Əli Vəkil (Səfiyev Əli Vəkil oğlu) 1938-ci il iyunun 10-da Basarkeçər rayonunun Yuxarı Şorca kəndində kolxozçu ailəsində anadan olub. Əmək fəaliyyətinə Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlayıb. 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin “Zəfər çələngi” (1967), “İki günəş” (1971), “Doğma Yollar” (1979), “Ata həsrəti” ( 1979), “Göyərçinlər” ( 1983), “Yeddi dağ” (1984), “Şəlalə” (1988), “Ana qayğısı” (1991) kimi kitabları çap olunub.

Allah rəhmət eləsin!

apa.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!