Tənqidçi Mehman Qaraxanoğlunun esselər kitabı işıq üzü görüb

 
 
Tənqidçi Mehman Qaraxanoğlunun esselər kitabı işıq üzü görüb.
 
Kitaba 10 azərbaycanlı yazıçıdan 18 esse daxil edilib.
 
Kitabda bəhs olunan müəlliflər aşağıdakılardır: Kamal Abdulla, Mübariz Örən, Şərif Ağayar, Ataqam, Rasim Qaraca, Sərdar Amin, Ömər Xəyyam, Ayxan Ayvaz, Həmid Piriyev və Əli Babazadə.
 
Müəllif kitabda mətnlərə Azərbaycan ədəbiyyatşünaslığında az rast gəlinən hermenevtik metodla - diskursu təfsir və şərh yolu ilə yaxınlaşır, özünəməxsus, fərqli hissi-analitik təhlillər ortaya qoyur.
 
Kitab “Mücrü” nəşriyyatında çap olunub.
 
Ön sözün müəllifi Şərif Ağayardır.
 
 
yeniyaz.az

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!